Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu bürclər səmimi deyil – Onlardan UZAQ DURUN

Bu bürclər səmimi deyil – Onlardan  UZAQ DURUN

Tarix: 24 Yanvar 2023 23:52

Bəzi insanlar məsafəli davranmağı sevirlər, səmimi olmurlar. Əgər kimsə xoşlarına gəlmirsə, heç bir səbəbə görə həmin insanla yaxınlıq qurmağa çalışmırlar. Onlar çox vaxt özlərini sosial həyatdan uzaq tutur və tək vaxt keçirmək istəyirlər.

Astrologiyaya görə, həm ictimai, həm də şəxsi münasibətlərdə çox uzaq davranan insanlar var. Onlar həyatlarını başqalarından gizli saxlayır, soyuq davranırlar. İnsanlardan uzaq durduqlarına görə onlara yaxınlaşmaq, onları tanımaq qeyri-mümkün olur.

Milli.Az savash.org-a istinadən ən soyuq və qeyri-səmimi bürcləri təqdim edir:

ƏQRƏB

Əqrəb bürcü həmişə sirli davranışı ilə diqqət çəkir. Əqrəb bürcü altında doğulanlar adətən marağa səbəb olan və soyuqqanlı insanlardır.

Əqrəb bürcü insanları qəlblərinin qırılmasından çox qorxurlar. Bu səbəbdən də insanlardan həmişə uzaq gəzirlər. Əqrəb bürcü ürəyini asanlıqla açmır. Sosial mühitləri sevsələr də, bəzən tək qalmaq istəyirlər.

XƏRÇƏNG

Xərçəng bürcü insanları çox həssasdırlar. Bu səbəbdən də çox məyus olurlar. Çox emosional insanlar olduqları üçün sevməyə və sevilməyə böyük əhəmiyyət verirlər.

Xərçənglər də əqrəblər kimi ürəklərinin qırılmasından qorxurlar.Bu səbəbdən insanlarla ünsiyyət qurarkən özlərini çox uzaq aparırlar. Xərçəng bürcünün həssas təbiəti çox ağrıya dözə bilməz.

BUĞA

Buğa bürcləri təkbaşına vaxt keçirməyi sevirlər. Onlar tək qalmaqdan və hobbiləri ilə məşğul olmaqdan böyük həzz alırlar.

Buğa bürcü insanları kədərlənməkdən və məyus olmaqdan çox qorxurlar. Bu səbəbdən onlar adətən yeni tanış olduqları insanlara qarşı soyuq davranırlar. Buğa bürcləri həqiqətən etibar etdikləri insanların yanında özlərini rahat hiss edirlər.

QIZ BÜRCÜ

Qız bürcü altında doğulanlar həmişə mükəmməl olanı axtarırlar. Onlar hamını və hər şeyi çox tənqid edirlər, çünki mükəmməli sevirlər.

Qız bürcünün bu cür davranışı onların soyuq və uzaq görünməsinə səbəb olur. Qız bürcü hər şeyi idarə etməyi sevir. Qız bürcündən olanlar üçün güc və səlahiyyət çox vacibdir.

Milli.Az


Etiketlər:  Bu bürclər səmimi deyil Onlardan UZAQ DURUN


RƏYLƏR