Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyadan Abramoviçə ŞOK: biznesi elə məbləğə satıldı ki...

Britaniyadan Abramoviçə ŞOK: biznesi elə məbləğə satıldı ki...

Tarix: 24 Yanvar 2023 23:58

Rusiyalı iş adamı Roman Abramoviçə məxsus olan "Truphone" telekommunikasiya qrupu Böyük Britaniyada bir funta satılıb. B

Bu barədə oliqarxın şirkətini alan sahibkarlar Hakan Koç və Pirros Kussios bildiriblər.

""Truphone" çərşənbə axşamı Koç və Kussiosa məxsus yeni şirkət olan "TP Global Operations" tərəfindən alınıb. İki investor yaxın bir neçə il ərzində şirkətə 15 milyon funt-sterlinqə qədər sərmayə qoymağı öhdəsinə götürüb", - deyə biznesmenlər telekommunikasiya qrupunun satın alınması barədə məlumat veriblər.

Nəşrin məlumatına görə, "Truphone" 15 il ərzində itkilər qeydə alıb.

Qəzet həmçinin bildirib ki, belə bir sövdələşmə ilə bağlı qərar Böyük Britaniya və Avropa İttifaqının Abramoviçə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar verilib.

Milli.Az


Etiketlər:  Britaniyadan Abramoviçə ŞOK biznesi elə məbləğə satıldı ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ