Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoydu

ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoydu

Tarix: 27 Yanvar 2023 07:58

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.

Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı çıxışında məlumat verib.

"Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Konqres Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq", - Nuland bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.

Milli.Az


Etiketlər:  ABŞ Türkiyəyə F 16 ların satışı ilə bağlı şərt qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ