Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyər yağlanmasının qarşısını alan qidalar

Qaraciyər yağlanmasının qarşısını alan qidalar

Tarix: 28 Yanvar 2023 06:03

Qaraciyər yağlanması son zamanlar yeyilən keyfiyyətsiz qidalar səbəbindən daha da artıb.

Mütəmadi olaraq yaşanan baş ağrıları, yorğunçuluq, vücudda daimi olaraq çıxan sızanaqlar, dəridə yaranan yağlanma qaraciyər yağlanmasının vacib əlamətləri sırasında yer alır.

İmmunitet.az qaraciyər yağlanmasını yox edən qidaları təqdim edir:

Alma -Mütəxəssislərə görə, yaşıl alma qadakı şəkər səviyyəsini aşağı salır. Bu meyvə antioksidan cəhətdən olduqca zəngindir. Bu qaraciyər detoksu üçün məlhəmdir.

Limon suyu - Tərkibindəki antioksidan sayəsində qaraciyər detoksu üçün hər zaman çox ideal seçimdir. Gündə bir stəkan limon suyu içərək orqanlara faydalı təsir bağışlaya bilərsiniz.

Greypfurt - Araşdırmalara görə, yeməklərdən öncə yarım greypfurt yesəniz kilo verməyinizə yardım edəcək. Eyni ilə limon kimi bu meyvə də qaraciyəriniz üçün olduqca faydalı meyvədir.

Avokado - Bu meyvədən istifadə edərək, günlük qida ehtiyacınızın bir qismini qarşılamış olarsınız. Eyni zamanda vücudda toplanan zərərli yağ asidlərini yox edərək, qaraciyər yağlanması problemi ilə mübarizə apara bilərsiniz.

Nəzərinizə çaydıraq ki, gündə 1 dənədən artıq yeməyiniz məsləhət deyil.

Milli.Az


Etiketlər:  Qaraciyər yağlanmasının qarşısını alan qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ