Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden: “Bu, sivil dünyaya hücumdur”

Bayden: “Bu, sivil dünyaya hücumdur”

Tarix: 28 Yanvar 2023 09:10

ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Co Bayden Yerusəlimdə sinaqoq yaxınlığındakı terror aktı ilə bağlı İsrailə lazımi yardımı göstərməyə hazır olduğunu deyib.

"Prezident aydın şəkildə bildirdi ki, bu, sivil dünyaya hücumdur. Prezident ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayıb. Onun komandasının israilli həmkarları ilə daim əlaqə saxlayacağına söz verdi", - deyə Ağ Evdən qeyd edilib.

Milli.Az


Etiketlər:  Bayden Bu sivil dünyaya hücumdur


RƏYLƏR