Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 12:02
Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzələ səbəbindən məktəblərdə tətil edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsindən bildirilib.
"Yeraltı təkkanların yenidən baş verə biləcəyi ehtimalını nəzərə alaraq, şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün bütün təhsil ocaqlarının tətil edilməsinə qərar verilib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 664 nəfər yaralanıb.