Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır

İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır

Tarix: 29 Yanvar 2023 21:57

"Daşnaksütyun" Partiyasının daha bir üzvü - təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda "arzuolunmaz şəxs" elan olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

"Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir", - partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti həmçinin "Daşnaksütyun"un digər fəalları - Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı, partiyanın Niderlanddakı gənclər birliyinin üzvü Syune Abramyanı da "arzuolunmaz şəxslər" elan edib.

Milli.Az


Etiketlər:  İrəvanın arzuolunmaz şəxs elan etdiyi Fransa ermənilərinin sayı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ