Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 13:16
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, slovaklar Paraqvay millisi ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Slovakiyanın heyətində Robert Bojenik, Paraqvayda isə Alexandro Romero Qammara fərqlənib.
Slovakiya millisi Avro-2020-nin seçmə mərhələsinin son oyununu Azərbaycana qarşı keçirəcək. Görüş noyabrın 19-da, Slovakiyada olacaq.