Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 23:56
Hamiləliyindən xəbərsiz olan ABŞ sakini qarnında başlayan qəfil sancıya görə, həkimə gedib və bir neçə saat sonra uşaq dünyaya gətirib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
18 yaşlı Bri Blanton deyib ki, səhər tezdən kəskin ağrı ilə oyanıb. Yatağının islandığını görən qız anasını çağırıb. Əzablar içində qıvrılan Blanton təcili xəstəxanaya aparılıb.
Müayinə zamanı məlum olub ki, Blanton artıq doğur. Bu xəbər həm doğan olan qadını, həm də onun anasını şoka salıb. Çünki Blanton əvvəllər bir neçə dəfə hamiləlik testindən keçib və hamısı mənfi nəticə göstərib. Üstəlik, mədə bulantısı olmayıb və o, aktiv həyat tərzi keçirib. Məhz buna görə də, onlar şübhələnməyiblər.
Qeyd olunur ki, gənc ana sağlam qız uşağı dünyaya gətirib. Onun sözlərinə görə, düşdüyü şokdan doğuşu bitirdikdən 4 saat sonra ayılıb. (publika)