Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pnevmosistoz

Pnevmosistoz

Tarix: 31 Yanvar 2023 08:27

Pnevmosistoz ağciyərlərin zədələnməsini, bəzən yorğunluq və arıqlama verən göbələk xəstəliyidir.
Etiologiyası - pnevmosistozu Pneumocystis carinii törədir.
Epidemiologiyası:
Pneumocystis carinii xarici mühitdə geniş yayılıb uşaqlıq vaxtından ağciyərlərə düşür. O ancaq anadangəlmə immundefisitli bir yaşa qədər uşaqlarda, KSH müalicəsi alan, bədxassəli şiş xəstəlikləri və İİV- infeksiyası olanlarda, limfositar 1 mm3 qanda 200-dən aşağı düşdükdə xəstələnmə baş verir.
Patogenezi və patoloji anatomoyası. Pneumocystis carinii hüceyrə daxilinə keçə bilmir, ağ ciyərlərə qarşı yüksək tropizmə malik olduğundan bütün yaşayış dövrünü alveollarda başa çatdırır. Bununla o alveollarda mononuklear, interstisial toxumada plazmatik hücerə infiltirasiyası əmələ gətirir. Nəticədə alveolların divari xeyli qalınlaşır, alveolyar-kapilyar blok, tənəffüs çatışmazlığı əmələ gətirir.
Klinikası:
Pnevmosistozun əsas təzahürü pnevmoniya, qızdırma, davamlı öskürək, tənginəfəslik, tənəffüsün çətinləşməsidir. Xəstələr yorğun olurlar, tədricən arıqlayırlar. Bədən temperaturu tez-tez artıb-azalır. Öskürək əvvəl quru olur, sonralar köpüklü bəlğəmlə olur, sianoz, döş qəfəsinin genişlənməsi, tənəffüsün çətinləşməsi baş verir. Qanda az miqdar leykositoz, eozinofiliya, EÇS-in artması xarakterikdir.
Diaqnoz - ağ ciyər sekretindən Pneumocystis carinii sistlərinin və ya trofozoidlərinin tapılması ilə mümkün olur.
Müalicəsi:
Pnevmosist pnevmoniyasının müalicəsində pentamidin, tripetoprim və sulfometaksazol yaxud primetamin sulfanilamidlə birlikdə təyin edilir. Ağırlıq dərəcəsindən asılı olaraq müalicə 10-12 gün davam etdirilir.
Profilaktikası:
Immunçatışmazlıq vəziyyətində antibiotikterapiyasız kandidoz inkişaf edərsə pnevmosist pnevmoniyasının profilaktikası üçün pentamidin aerozolu təyin edilməlidir. Bəzən bu preparatın dapsonla, sulfometaksazolla birgə qəbulu məsləhət görülür.


Etiketlər:  Pnevmosistoz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ