Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 11:14
Zaqatala rayonunda 17 yaşlı oğlanın ölümü ilə nəticələnən hadisə baş verib.
Sonxeber.net bildirir ki, dünən saat 13:30 radələrində Zaqatala şəhər sakini, 2006-ci il təvəllüdlü Qurbanov Turan Namiq oğlu hamamda yuyunarkən özünü piss hiss edərək anası Şahnaz Qurbanovanı çağırıb. Qadın dərhal oğlunu digər otağa keçirib, lakin az sonra Turan vəfat edib.
İlkin olaraq Turan Qurbanovun hamam otağında çimərkən dəm qazından zəhərlənmə nəticəsində ölməsi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.