Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çıxarış almaq asanlaşdı - VİDEO

Çıxarış almaq asanlaşdı - VİDEO

Tarix: 1 Fevral 2023 20:12

Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir prosedurla həyata keçirilir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə qədər çıxarış almaq üçün vətəndaşlar dörd müxtəlif orqana müraciət edirdilər: "Amma indi bu proses "bir pəncərə" sistemi vasitəsilə həyata keçirilir. Beləliklə, vətəndaşlar yalnız notariusa yaxınlaşaraq alqı-satqını və ya daşınmaz əmlaklarının qeydiyyatını həyata keçirə bilərlər. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin, Daxili İşlər, Ədliyyə və Vergilər nazirliklərinin informasiya resursları inteqrasiya edilib".

Xezerxeber.az E.Məmmədovun mövzu ilə bağlı daha ətraflı açıqlamasını təqdim edir:


Etiketlər:  Çıxarış almaq asanlaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ