Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu - FOTO

Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu - FOTO

Tarix: 2 Fevral 2023 10:55

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizin səhhətində problemlər yaranıb.  Bu haqda sənətçi özü sosial şəbəkə hesabında məlumat yayıb.  İbrahim üzünün şişkin olduğu selfisini paylaşaraq bu sözləri yazıb: "Babat şişib. Bütün işlər qaldı. 20 tikiş qoyulub".

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb. İbrahim bildirib ki, dişi çay içdiyi yerdə kökündən iki yerə bölünərək, sınıb: "Çay içdiyim yerdə dişim kökündən iki yerə bölündü. Məcburiyyətdən əməliyyat olundum. 20 tikiş qoyuldu. İndi yalnız sağalmasını gözləyirəm. İşlərim töküldü qaldı".  

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.  

Milli.Az


Etiketlər:  Əməkdar artistin oğlunun ağzına 20 tikiş qoyuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ