Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran dövlət televiziyası: “Zəlzələdən zərər çəkənlər dövlətdən kömək gözləməməlidirlər”

İran dövlət televiziyası: “Zəlzələdən zərər çəkənlər dövlətdən kömək gözləməməlidirlər”

Tarix: 3 Fevral 2023 00:00

İranın molla rejiminin təbii fəlakətdən zərər çəkən vətəndaşlarını taleyin ümidinə buraxması azmış kimi ölkə rəsmiləri və təbliğat maşını buna hər cür yolla bəraət qazandırmağa çalışır.

Bu məqsədlə dövlət televiziyasının efirində səslənən tezislər isə öz xüsusi həyasızlığı ilə yalnız təəccüb və təəssüf doğurur.

"Zəlzələdən zərər çəkən insanlar dövlətdən kömək gözləməməlidirlər, hər kəs əlindən gəldiyi qədər zərər çəkmiş qohum-əqrəbalarına kömək etməlidir. Zərər çəkmişlərin vəziyyəti başqalarına dərs olmalıdır. İnsanlar sədəqə verməklə və xeyr işlər görməklə bu tür təbii fəalkətləri dəf etməlidirlər. Bu kimi hadisələr Tanrının imtahanıdır. Belə ki, Quranda da "Zelzal" surəsində qiyamət günü baş verəcək ən böyük zəlzələyə işarə olunub. Bunlar bizim üçün xəbərdarlıqdır və biz insanlar özümüzü qiyamət gününə və o günkü böyük zəlzələyə hazırlanmalıyıq", - deyə dövlət televiziyasındakı çıxışlardan birində deyilir.

Milli.Az


Etiketlər:  İran dövlət televiziyası Zəlzələdən zərər çəkənlər dövlətdən kömək gözləməməlidirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ