Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məsafədən də avtoqol olar? - VİDEO

Bu məsafədən də avtoqol olar? - VİDEO

Tarix: 3 Fevral 2023 14:58

"Ştutqart"ın futbolçusu Konstantinos Mavropanos Almaniya kubokunda antirekorda imza atıb.

Milli.Az xəbər verir ki, bu, turnirin 1/8 finalı çərçivəsində keçirilən "Padeborn" ilə görüşdə qeydə alınıb. Yunanıstanlı müdafiəçi sözügedən matçda 48 metrlik məsafədən avtoqola imza atıb. Qolkiper bu məsafədən geriyə ötürmə gözləmədiyindən, top qapıya yönəlib. Bu da turnir tarixində ən uzun avtoqolu olub.

Qeyd edək ki, Konstantinos Mavropanosun uğursuzluğuna rəğmən "Ştutqart" 2:1 hesablı qələbə ilə mərhələ adlayıb. (publika)

Milli.Az


Etiketlər:  Bu məsafədən avtoqol olar VİDEO


RƏYLƏR