Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2023 20:54
İmmunoloq və teleaparıcı Andrey Prodeus böyüklərdə və uşaqlarda güclü immunitetin formalaşmasına səbəb olan üç əsas qaydanı açıqlayıb.
Sonxeber.net qlobal.net-ə istinadən xəbər verir ki, mütəxəssisin tövsiyələri yutubda "Doctor" kanalında yayımlanıb. Həkim düzgün yuxu rejimini bu qaydalardan biri adlandırıb.
"Əslində, yaxşı immunitet nə qədər və necə yatmağımızdan, nə vaxt yatmağımızdan, nə vaxt qalxmağımızdan asılıdır. Təxminən saat 23:00-dan 3:00-a qədər immun hüceyrələri və sümük iliyi yeni hüceyrələr yaradır, digərləri isə enerji toplayır.
Güclü immunitetin ikinci sirri sağlam qidalanmadır. İmmun hüceyrələr D vitamini olmadan işləyə bilməz, odur ki, bu elementlə zəngin qidaların pəhrizə daxil edilməsini tövsiyə edirəm. Bundan əlavə, dəmir çatışmazlığı immunitetə zərər verə bilər.
Üçüncü qayda əlbəttə ki, artıq çəkinin qarşısının alınmasıdır. Niyə? Çünki piy və artıq çəki hüceyrələrimizi məcazi mənada obez edir, həm də tənbəlləşdirir", - immunoloq izah edib.
O, yekunda bildirib ki, artıq çəkili insanlarda immun hüceyrələrin sayı qorunub saxlanılır, lakin onların işinin effektivliyi azalır.