Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 18:12
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraş şəhərində toplantı keçirən zaman zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar. Ardınca isə onlar binanı tərk ediblər.