Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 20:12
NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, bu, baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.