Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 08:39
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır".
Bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Hüseynov bildirib.
Elvin Hüseynov deyib ki, Heydər Əliyev Fondunun regional inkişaf ictimai birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq Azərbaycanın Türkiyədəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verilib: "Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq".