Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qadını vurub qaçan sürücü tapıldı

Bakıda qadını vurub qaçan sürücü tapıldı

Tarix: 15 Oktyabr 2019 10:36

Bakı. Samir Əli - Trend:

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tapılıb.

Trend-in məlumatına görə, paytaxtın Səbail rayonu, Salyan şosesi 32 ünvanında Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aidə Rüstəm qızını vurub hadisə yerindən qaçan 1974-cü il təvəllüdlü Abbasov Zamir Tofiq oğluna məxsus 90 UK 674 dövlət nömrə nişanlı tünd boz gümüşü rəngli "KİA Sorento" markalı avtomobilin olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində avtomobil saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 10-da saat 22 radələrində Səbail rayonu, Salyan şosesi 32-də yolu keçən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aida Rüstəm qızı naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs ərazidən qaçıb.


Etiketlər:  Bakıda qadını vurub qaçan sürücü tapıldı


RƏYLƏR