Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib

Bakıda xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib

Tarix: 15 Oktyabr 2019 11:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində (61,8 faizində) nəticələr keçən illə müqayisədə yüksəlib.

Trend-in məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, IX sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənnindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə Bakının bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib:

"Qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilib. Layihəyə cəlb edilən məktəblərdə isə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib. Nəticədə 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb və həmin məktəblərin 102-sində (61,8 faizində ) nəticələr keçən illə müqayisədə artıb. 165 məktəbin inkişafı proqramında Suraxanı, Sabunçu, Xəzər, Pirallahı və Qaradağ rayonlarının ümumtəhsil məktəbləri olub. Sevindirici haldır ki, qeyd olunan hər bir rayon üzrə orta bal göstəricisi ötən tədris ilinə nisbətdə yüksəlib".

R.Tağıyev əlavə edib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlərin buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayı azalıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda xüsusi nəzarətə götürülmüş məktəbin sində nəticələr yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ