Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 07:56
ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək bu ölkəyə hər cür dəstəyə hazır olduğunu bildirib.
Sonxeber.net "report"a istinadən bildirir ki, Baş katib bu barədə tviter hesabında yazıb.
"Həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ATƏT hər cür dəstək verməyə hazırdır", - Helqa Mariya Şmid yazıb.
Qeyd edək ki, Baş katib həlak olanlarla bağlı başsağlığı kitabını imzalayıb.
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.