Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 18:02
Türkiyədə zəlzələnin yaratdığı dağıntılar altında hər kəsi göz yaşlarına boğan daha bir hadisə yaşanıb.
Sonxeber.net xəbər verir ki, xilasetmə qrupları Hatay şəhərinin Antakya bölgəsində dağıntılar altında qalan 3 yaşlı Eyanı xilas edib.
Lakin 3 yaşlı uşaq anasını orada buraxmaq istəməyib. Xilasedicilər uşağı dağıntılar altından çıxararkən, son nəfəsini verən ana başını qaldırır, daha sonra gözlərini yumur.
Xilasedicilərdən biri yoldaşına deyir ki, "ana başını qaldırdı, daha sonra vəfat etdi, yəqin ki, övladını bizə əmanət edir".
70 saat sonra dağıntılar altından sağ çıxarılan Eya isə həkimlərin nəzarətindədir. (publika)