Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 08:22
"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün addım atıb.
40 yaşlı türkiyəli mütəxəssis Ağdam təmsilçisinin 2007/2008 və 2008/2009 mövsümlərində Azərbaycan kubokunu qazandığı matçlarda geyindiyi imzalı formaları satışa çıxarıb. Bu barədə Mehmet Ak öz Feysbuk hesabında məlumat yayıb. O, formaları 1000 dollara satışa çıxardığını, əldə olunan gəlirin Türkiyəyə göndəriləcəyini bildirib.
Qeyd edək ki, M.Ak 2008-2009-cu illərdə "Qarabağ"da işləyib.
Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 19 min nəfərdən çox insan ölüb, 76 min nəfərdən çox şəxs isə yaralanıb.