Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xilasedicilər dağıntılar altında qalan ailənin bu görüntüsündən təsirləndi

Xilasedicilər dağıntılar altında qalan ailənin bu görüntüsündən təsirləndi

Tarix: 11 Fevral 2023 20:54

Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Xilasedicilər dağıntılar altından Okaylar ailəsinin cəsədlərini çıxarıblar. Xilasetmə qrupları cəsədləri aşkar edərkən təsirli anlar yaşayıblar.

Belə ki, onlar bir-birini qucaqlayan Mehmet Okay (45), həyat yoldaşı Ebru Okay (45), uşaqları Hayrettin Yiğit Okay (15) və Beren Okayın (6) cansız bədənləri ilə qarşılaşıblar.  

Bildirək ki, Okay ailəsinin cəsədləri 4-cü gündə tapılıb.

Milli.Az


Etiketlər:  Xilasedicilər dağıntılar altında qalan ailənin bu görüntüsündən təsirləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ