Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kahramanmaraşda kişi 141 saatdan sonra dağıntılar altından sağ çıxarılıb

Kahramanmaraşda kişi 141 saatdan sonra dağıntılar altından sağ çıxarılıb

Tarix: 12 Fevral 2023 11:42

Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 141 saatdan sonra orta yaşlı kişi dağıntılar altından sağ çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən binaların birinin uçqunlar altında aşkarlanan şəxs sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin hazırda 725 heyət üzvü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Milli.Az


Etiketlər:  Kahramanmaraşda kişi 141 saatdan sonra dağıntılar altından sağ çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ