Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 15:02
Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasına gətirilən 32 yaşlı Yüksel Ergit zəlzələ zamanı yaşadıqlarını "Anadolu" agentliyinə danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ankarada özəl bir şirkətdə işlədiyini və qısamüddətli təyinatla Hatay'a getdiyini bildirən Ergit, zəlzələ zamanı qaldığı otel otağında stolun altına sığındığını bildirib.
"İçində olduğum dağıntının çox kiçik bir mənzərəsi var idi, gecə və ya gündüz olduğunu bilmədim. Sanki 10 gün idi orada idim. Dağıntılar altında olanda davamlı təkanlar olurdu, üstümə düşən kərpicləri hava almaq üçün dirsəyimlə sındırırdım. Kərpicləri sındırarkən içəridə bir torba tapdım, içində sadəcə 12 ədəd zeytun var idi. Onu götürdüm, hər dəfə istəyəndə yedim. Düzü, istəyib-istəmədiyimdən əmin deyiləm, amma yedim. 32 saat sonra dağıntılar altından xilas oldum", - Ergit əlavə edib.