Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike “Barselona”nın stadionuna paraşütlə enəcək

Pike “Barselona”nın stadionuna paraşütlə enəcək

Tarix: 12 Fevral 2023 15:20

Jerar Pike Kinqs Liqanın dördlü finalında "Camp Nou"da görünməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, martda İspaniya media liqasının həlledici oyunları "Barselona"nın stadionunda keçiriləcək.

Klubun keçmiş müdafiəçisi helikopterdən paraşütlə tullanmaq və meydançaya enmək təklifi aldığını bildirib.

O əlavə edib ki, razılaşmaya yaxındır, lakin detalları açıqlamayıb və hansı brenddən təklif aldığını dəqiqləşdirməyib.

Milli.Az


Etiketlər:  Pike Barselonanın stadionuna paraşütlə enəcək


RƏYLƏR