Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO

Tarix: 12 Fevral 2023 20:38

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axtarış itinin ölümü ilə əlaqədar mərasim təşkil olunub:

"Qəhrəmancasına çalışdığın üçün təşəkkür edirik. Tapşırığın öhdəsindən gəldin, Proteo", - deyə nazirliyin paylaşımında qeyd olunub.

Qeyd edək ki, Meksika hökuməti dağıntılar altında qalan vətəndaşların həyatını xilas etmək üçün Türkiyəyə 16 təlim görmüş it göndərib.

Həmin itlər bundan əvvəl Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda baş verən zəlzələlər zamanı dağıntılar altında qalmış 12 nəfəri xilas edib.


Etiketlər:  Türkiyədə Meksikadan gələn axtarış dağıntılar altında qalaraq ölüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ