Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bloomberg”: “Türkiyədə zəlzələlərin iqtisadiyyata vurduğu zərər 84 milyard dolları aşa bilər”

“Bloomberg”: “Türkiyədə zəlzələlərin iqtisadiyyata vurduğu zərər 84 milyard dolları aşa bilər”

Tarix: 13 Fevral 2023 08:42

Fevralın 6-da baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vura bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar günü "Bloomberg" Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb.

"Türkiyədə iki güclü zəlzələnin milli iqtisadiyyata 84 milyard dollardan çox və ya ÜDM-in təxminən 10%-i həcmində zərərə səbəb olacağı gözlənilir", - konfederasiyadan bildirilib.

Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq.

Daha 2,9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək.

Konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər təbii fəlakətin yekun nəticələrini ümumiləşdirməyin hələ tez olduğu qənaətindədirlər.

Milli.Az


Etiketlər:  Bloomberg Türkiyədə zəlzələlərin iqtisadiyyata vurduğu zərər 84 milyard dolları aşa bilər


RƏYLƏR