Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 14:12
İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji" ilə "Ansaldo" arasında çox önəmli müqavilə imzalanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
"İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Artıq İtaliyanın "İveco" şirkətinin azad edilmiş ərazilərdə öz müəssisəsini yaratmağa başladığını bildirən Azərbaycan Prezidenti deyib: "Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək".