Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qələbəmiz təkcə ərazilərin azad edilməsi deyil... - General

Qələbəmiz təkcə ərazilərin azad edilməsi deyil... - General

Tarix: 13 Fevral 2023 23:16

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı və ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı Kristofer Kavoli ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zalujnı Teleqram hesabında məlumat verib.

"Vəziyyəti dərindən dərk etdiyinə və Qələbəmizi yaxınlaşdırmaq üçün göstərdiyi əhəmiyyətli səylərə görə general Kavoliyə minnətdaram. Ukraynanın qələbəsi təkcə onun ərazilərinin azad edilməsi deyil, həm də ruslara gələcəkdə istənilən vaxt dövlətimizə hücum etmək imkanı verməyəcək şəraitin və eləcə də güclü Silahlı Qüvvələrin yaradılması demək olacaq", - Zalujnı qeyd edib.

Milli.Az


Etiketlər:  Qələbəmiz təkcə ərazilərin azad edilməsi deyil General


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ