Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 21:36
Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Belə ki, Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri"nin təsdiq edilməsi haqqında" qərarı ləğv edilib.