Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xorvatiyanın köməyimizə ehtiyacı yoxdur" - Yurçeviç

Tarix: 15 Oktyabr 2019 18:48

Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, o bildirib ki, Avro-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən görüşdə baş hakimin yalnış qərarı təkcə bizi bir xaldan məhrum etməyib, həm də Xorvatiyanın Avropa çempionatına vəsiqəni təmin etməsinə mane olub.

“Biz noyabrda Uels və Slovakiya ilə oyunlarda sona qədər mübarizə aparacağıq. Hakimlərin bu biabırçı qərarı bizə pis təsir etdi. Bəli, Macarıstan bizdən üstün oynadı, ancaq biz də təmiz qol vurduq. Hakimin bu səhvi olmasaydı, Xorvatiya Avropa çempionatına vəsiqə qazanacaqdı.

Oyundan sonra hakim mənə qərarının düzgünlüyünə əmin oduğunu dedi. Ancaq yarım saat sonra yaxınlaşaraq “Qolun təkrarına baxdım, səhv etmişəm, bağışlayın” dedi.

Yurçeviç qeyd edib ki, Xorvatiya asanlıqa qrup birincisi olacaq: “Seçmə mərhələnin sonuna qədər mübarizə aparacağıq. Artıq şansımız yoxdur, ancaq əlimizdən gələni edəcəyik. Xorvatiyanın köməyimizə ehtiyacı olduğunu düşünmürəm. Onlar heç bir problem yaşamayacaqlar, qrupun ən yaxşı komandasıdır. Xorvatiya qrupda birinci olacaq”.
 


Etiketlər:  Xorvatiyanın köməyimizə ehtiyacı yoxdur Yurçeviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ