Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazandı

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazandı

Tarix: 19 Fevral 2023 15:16

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Sonxeber.net bildirir ki, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.


Etiketlər:  Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ