Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 10:00
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin