Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun şok planı: “Bu, Ermənistanı məhv edə bilər” - Erməni nəşri

Makronun şok planı: “Bu, Ermənistanı məhv edə bilər” - Erməni nəşri

Tarix: 21 Fevral 2023 22:57

"Fransa prezidenti Ermənistanı Rusiyaya qarşı təxribata çəkir".

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazır.

Nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyan Fransa liderinin qurduğu planda alətə çevrilib:

"Fransa Prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna münaqişəsi, Cənubi Qafqaz, Yaxın Şərq və Afrikada davam edən müharibələr, terrorizmlə mübarizə, nüvə təhlükəsizliyi və digər mövzularda çıxış etdi. Onun sözlərinə görə, Rusiya qeyri-sabitlik və xaos yayan gücdür, bunu təkcə Ukraynada deyil, Qafqazda da edir.

Makron çıxışında Cənubi Qafqazda Rusiyanın öhdəsindən gəlməkdən danışdı və bunları Nikol Paşinyana dediyini bildirdi. Eyni zamanda, o, Putini yalan danışmaqda ittiham etdi.

Makronun çıxışını qısaca olaraq Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirməyə yönəlmiş diplomatik və geosiyasi təxribat kimi şərh etmək olar. Şübhəsiz ki, bunlar həm də Makronun baxışıdır və özündə geosiyasi maraqları ehtiva edir. Bəs niyə bütün bunları Paşinyanın yanında dediyini xüsusi vurğuladı? O, Putinə açıq mesaj verdi ki, baxın, Paşinyan bizimlədir, deyirik, dinləyir, etiraz etmir. Bu, açıq diplomatik təxribat idi".

Ətraflı
Ad - 00:10
Qəzet qeyd edir ki, Paşinyan Rusiya ilə münasibətləri qırmaq üçün hər şeyi edir və Ermənistanın buna görə tək qalması da bir faktdır:

"Bu arada Avropa Rusiyanı zəiflətmək və məhv etmək üçün kiçik Ermənistandan istifadə etmək qərarına gəlib, Ermənistandan böyük geosiyasi intriqalarında vasitə kimi istifadə edir. Bu, Ukraynada olduğu kimi Cənubi Qafqazda da müharibəyə səbəb ola bilər. Bu müharibə isə Ermənistan üçün məhvedici ola bilər. Yəni Ermənistanın məhvinə səbəb olacaq son müharibə. Həyat fransız gəmilərinin dağlarımıza qalxa bilməyəcəyi ilə bağlı məşhur sözlərin doğruluğunu göstərdi".

Nəşr vurğulayır ki, Makronun indiyədək Ermənistana verdiyi dəstək vədləri kağız üzərində qalır:

"Paşinyanın Makron və Blinkendən hansı gözləntiləri olduğu bəlli deyil, amma görüşərkən onlara yanında Rusiyanı təhqir etmələrinə imkan yaradır. Bu, Ermənistanı yaxşı heç bir yerə aparmayacaq".


Etiketlər:  Makronun şok planı Ermənistanı məhv edə bilər Erməni nəşri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ