Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərazilərin minalardan tamamilə təmizlənməsi uzun vaxt alır'' - POLİTOLOQ DANIŞDI

''Ərazilərin minalardan tamamilə təmizlənməsi uzun vaxt alır'' - POLİTOLOQ DANIŞDI

Tarix: 22 Fevral 2023 09:51

"Ermənistan Qarabağı işğal etdikdən sonra 30 il müddətində orada ancaq evləri dağıdıb-daşımaqla məşğul olublar və həmin sahələrə mina basdırıblar. Onlar bilirdilər ki, bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır və onlar gec-tez ordan çıxacaqlar. Buna görə də bu ərazilərə başdan-başa mina basdırıblar. Çox təəssüf ki, müharibədən sonra da Azərbaycan ərazisinə Ermənistan istehsalı olan minalar daşınıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, artıq məlum olur ki, həmin ərazilərə bu minalar Laçın yolu ilə daşınıb: "Müharibə bitdikdən sonra 280 nəfər bu minalar səbəbindən həyatını itirib və ya yaralanıb. Münaqişə 2020-ci ildə başa çatsa da ermənilər terroru hələ də davam etdirir. Ərazilərin məhz minalarla dolu olması isə həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasının sürətini yavaşladır. Çünki minaların zərərsizləşdirilməsi işi olduqca ağır və çətin prosesdir. Bu proses ərzində isə Azərbaycana ciddi humanitar yardım edən ölkələr yoxdur. Buna görə də ərazilərin minalardan tamamilə təmizlənməsi uzun vaxt alır və maddiyyat tələb edir. Minalardan təmizləndikdən sonra isə ərazilərdə yenidənqurma işləri və əhalinin köçürülməsi prosesi sürətlənəcək".


Etiketlər:  Ərazilərin minalardan tamamilə təmizlənməsi uzun vaxt alır POLİTOLOQ DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ