Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 12:48
Bakı. Samir Əli - Trend:
Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.
Babək RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin