Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnanırdım ki, şəfa tapacaqsan...''

''İnanırdım ki, şəfa tapacaqsan...''

Tarix: 22 Fevral 2023 18:25

"Əziz dostum, gözəl insan, sənətkar, bu gün səni də itirdim. Sənət dünyası, dostların, səni sevənlər, ailən səni itirdi. O qədər şən, nikbin, qeyri-adi bir insan idin ki... Zarafatlarımız, deyib-gülməyimiz... Sumqayıt Teatrından indiyə qədər heç yadımdan çıxmır, Ramiz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında yazıb. Sənətçi bildirib ki, Xalq artisti Ramiz Novruzun xəstəlikdən sağalacağına böyük ümid edirmiş: 

"Bircə onu deyə bilərəm ki, Allah sənə rəhmət eləsin, dostum. Allah o dünyanı versin. Yerin cənnət olsun. Sən mənim üçün çox ağır itki oldun. Çox inanırdım ki, şəfa tapacaqsan... Tamaşaçı, səhnə, dostların, nə də ailən səndən doymadı. Səni həddindən ziyadə çox sevən balalarına necə təsəlli verəcəyik, Ramiz? Nə deyə bilərəm ki? Yerin cənnət olsun, qəbrin nurla dolsun. Həyatda ən böyük arzum, Allah Cavidana kömək olsun ki, sənin yolunu davam etdirə bilsin. Amin...".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib. Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Milli.Az


Etiketlər:  İnanırdım şəfa tapacaqsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ