Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin böyrək çatışmazlığı

Kəskin böyrək çatışmazlığı

Tarix: 23 Fevral 2023 09:00

Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışmazlığı adlanır. Kəskin böyrək çatışmazlığının əmələ gəlməsində bir çox faktorların rolu vardır və bu faktorlar qruplara bölünür:
1. Şok böyrəyi
2. Toksik böyrək
3. Kəskin infeksion böyrək
4. Damar obstruksiyası
5. Sidik yollarının kəskin tutulması
Xəstəliyin əmələ gəlməsinə mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtirasiyasının azalması və dayanması, qlıkemik şok, qanaxma, yanıq, suyun və elektrolidlərin bədəndən itirilməsi, kardiogen şok, bakterial şok, ağır infeksiyalar, böyrək damarlarının dərman səbəbli spazmı, kəskin tubulyar və kortikal nekroz, böyrəkdə baş verən zədələnmələr, hemotrasfuziya ağırlaşmalrı, ağır hemolitik anemiya, nefrotoksik maddələr, kanalcıqların blokadası səbəb olur. Bunlardan başqa kəskin böryək çatışmazlığına böyrəyin özünün xəstəlikləri (böyrək daşları, çanaq orqanlarının şişləri, sidik axarlarının bağlanması, prostat vəzin şişləri) də səbəb olur.
Xəstəliyin ilk dövründə xəstədə ödem baş verir, böyrəyin fibroz kapsulu gərginləşir. Kanalcıqlarda zədələnmələr baş verir, qan kapilyarlarında tromblara təsadüf edilir. Kanalcıqların tutlması sayəsində işemiyalar meydana çıxır. Böyrəklərdə bir sıra patoloji dəyişikliklər meydana çıxdıqca, qabıq maddə qismən və ya tamamilə nekrozlaşır. Bunun əsas səbəbi işemiya dövrünün uzun sürməsidir ki, əksər hallarda ölümlə nəticələnir.
Xəstəlik ən çox şoklardan sonra inkişaf etdiyinə görə, hər hansı bir səbəbdən şoka düşən xəstənin ayıldlqdan sonra vəziyyəti yaxşılaşsa belə, sidiyinin müayinəsi nəzarət altında olmalıdır.


Etiketlər:  Kəskin böyrək çatışmazlığı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ