Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AGAT-ın 4-cü yeni sədri – Təşkilatın yeni siması kimdir? (DOSYE)

AGAT-ın 4-cü yeni sədri – Təşkilatın yeni siması kimdir? (DOSYE)

Tarix: 16 Oktyabr 2019 14:52

Bakı. Trend:

2019-cu il oktyabrın 15-də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) növbəti Ümumi Yığıncağı keçirilib.

Trend-in məlumatına görə, yığıncaqda təşkilatın gördüyü işlər və gələcək perspektivləri müzakirə olunub. Toplantının əsas məqsədi AGAT-a yeni sədrin seçilməsi və təşkilatın idarə heyətinin seçilməsi olub.

Ümumi Yığıncağın yekdil qərarı ilə Məryəm Tağıyeva AGAT-a sədr seçilib. O, bu vəzifədə Lalə Mehdiyevanı əvəzləyib. Qeyd edək ki, təşkilatın nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyət müddəti 2 ildir. Onu da deyək ki, Məryəm Tağıyeva AGAT-ın 12 illik fəalyyəti dövründə sayca 4-cü sədridir. Yeni xanım sədr bu təyinatdan sonra təşkilatın ölkədə və xaricdə fəaliyyətini daha da genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu sahədə yeni tədbirlər planı hazırlanacaq və ictimaiyyət bu haqda intensiv məlumatlandırılacaq. Daha sonra Yığıncaqda təşkilata idarə heyətinin yeni üzvləri də seçilib.

AGAT-ın yeni siması Məryəm Tağıyeva 2010-2014-cü illərdə Bakı Dovlət Universitinin Tətbiqi Riyaziyyat fakültəsini bitirib. Magistratura təhsilini B.Britaniyanın Warwick universitində davam etdirib. Ali məktəbin Siyasi Beynəlxalq Tədqiqatlar fakültəsinin məzunudur. 2012-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Beynəlxalq Gənc Siyasətçilər məktəbinin layihə koordinatoru olub, 10-dan çox Avropa ölkəsində Azərbaycanı layiqincə təmsil edib.

Xatırladaq ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilib və 03 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir.


Etiketlər:  AGAT ın 4 yeni sədri Təşkilatın yeni siması kimdir DOSYE


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ