Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 13:46
Müəllimlərin əmək haqqılarının artırılması ilə bağlı sərəncamlar məktəb psixoloqları, uşaq birliyi rəhbərlərinə şamil olunmur.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlayıb.
Artyımlarla bağlı sərəncamları şərh edən Cəsarət Valehovun sözlərinə görə, bu artımlar diaqnostik qiymətləndirilməsi aparılmış və sertifikatlaşmadan keçən müəllimlərə şamil ediləcək.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Prezident İlham Əliyev, eyni zamanda, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında da Sərəncam imzalayıb.
Onların da aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: