Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 13:56
Eyndhovendə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu keçirilib və PSV "Sevilya"ya qalib gəlib. Sonxeber.net bildirir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun sonunda meydançaya daxil olan azarkeş İspaniya klubunun qapıçısı Marko Dmitroviçin üzünə zərbə endirib. Azarkeşin bu hərəkətindən sonra serbiyalı qapıçı hücumçunu effektiv şəkildə zərərsizləşdirərək onu yerə yıxıb. Dmitroviç ciddi zədə almayıb və oyunu davam etdirmək qərarına gəlib.
PSV-nin tərkibində qolları Lük de Yonq (77-ci dəqiqə) və Fabio Silva (90+5) vurub. Hollandiya klubu qələbə qazansa da, turnirin növbəti mərhələsinə keçə bilməyib. İlk görüşdə daha güclü olan "Sevilya" rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
İrfan Vəliyev