Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 07:54
İnfeksion rinit virus infeksiyaları tərəfindən törənən xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində orqanizmin müxtəlif faktorları rol oynayır. Yaş, fiziki aktivlik, yaşanan şərait, orqanizmin immuniteti, adaptasiyası, keçirdiyi xəstəliklər bu faktorlara daxildir. İnfeksion rinit xəstəliyinə ən çox azyaşlı uşaqlar yoluxurlar. Xəstəlik ən çox epidemiya şəklində yayılır və məktəb, bağça uşaqlarının demək olar ki, hamısına yoluxur.
İnfeksion rinit xəstəliyi əsasən payız və qış aylarında epidemiya şəklində baş verir. Xəstəliyin 2 forması var:
- kəskin
- xroniki.
İnfeksion rinit xəstəliyinin kəskin fotması burunun selikli qişasının zədələnməsi ilə özünü biruzə verir. Xəstəlik qrip, paraqrip, adenovirus, kəskin-respirator virus xəstəliklərinin əlamətləri kimi özünü biruzə verir.
Xəstəliyin əmələ gəməsində Streptococcus pneumoniae, Streptococcus pyogehes bakteriyaları mühüm rol oynayır. Bu bakteriyaların müxtəlif streotipləri bir-birini əvəz edib xəstəliyin əmələ gəlməsinə səbəb ola bilirlər.
Xəstəliyi törədən mikroblar burun yollarına hava-damcı vasitəsilə yoluxurlar. Burun boşluğuna düşən mikrob burun-boğaz nahiyyəsində də hüceyrə membranına daxil olur və həmin hissənin toxumalarını zədələyir. Zədələnən hissədə qızartı, şikinlik və infiltrat əmələ gəlir.
İnfeksion rinitin baş verməsinə yalnız bakteriyalar deyil, quru isti hava, kimyəvi maddələr (ammonyak, formalin, azot qazı, bəzi turşu məhlulları) də səbəb ola bilir.
Xəstəliyin ilkin əlaməti burun yollarının tutulması və boğazda quruluq hissinin olmasıdır. Qısa müddətdən sonra burun açılır və selik axmağa başlayır. Bu zaman burun və burunətrafı nahiyyədə qızartı və şişkinlik əlamətləri qeyd olunur. İlk günlər burundan axan selik, bir-neçə gün sonra irinli iltihabla əvəz olunur.
Bunlardan başqa xəstədə aşağıdakı əlamətlər özünü biruzə verir:
- əzabverici öskürək
- qızdırma
- halsızlıq
- əzələlərdə ağrı.
Xəstəliyin kəskin dövrü 7-10 gün olur. İnfeksion rinitin xroniki formasına nadir hallarda rast gəlinir.
Xəstəyə yataq rejimi təyin edilir. Çoxlu maye qəbulu məsləhət görülür. Xəstəliyin ağırlaşmasının baş verməməsi üçün həkimə müraciət etmək lazımdır.