Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana 3 aylıq körpəsini döyə-döyə öldürdü - ŞOK SƏBƏB

Ana 3 aylıq körpəsini döyə-döyə öldürdü - ŞOK SƏBƏB

Tarix: 26 Fevral 2023 22:18

Rusiyanın Smolensk vilayətində sərxoş ana üç aylıq oğlunu öldürüb.

Sonxeber.net Lent.az-a istinadla bildirir ki, cinayət fevralın 23-də törədilib.

Məlumata görə, 20 yaşlı sərxoş qadın övladının atası ilə telefonla danışıb. Aralarında məişət zəminində münaqişə olub. Bu zaman onun 3 aylıq oğlu ağlamağa başlayıb.

Qadın ağlamaqdan əsəbiləşib və körpənin üzünə azı iki dəfə zərbə endirib. Bir müddət sonra o, təcili yardım çağırmağa qərar verib. Lakin həkimlər gələnə qədər uşaq artıq ölüb.

Qadın saxlanılıb və ölümlə nəticələnən qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  aylıq körpəsini döyə döyə öldürdü ŞOK SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ