Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski: Krımın azad edilməsi...

Zelenski: Krımın azad edilməsi...

Tarix: 27 Fevral 2023 07:40

Ukrayna Prezident Volodimir Zelenski ölkəsinin Krım yarımadasını azad etməklə Rusiyanın ukraynalıların və bu ölkənin fəth edəcəyini iddia etdiyi bütün Avropa və Asiya xalqlarının həyatını məhv etmək cəhdlərinə tarixi son qoyacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində deyib.

"2014-cü ildə Rusiya təcavüzü məhz Krımın ələ keçirilməsi ilə başladı. Məntiqlidir ki, biz Krımı azad etməklə Rusiyanın bir vaxtlar fəth edəcəyini iddia etdiyi ukraynalıların, bütün Avropa və Asiya xalqlarının həyatını məhv etmək cəhdlərinə tarixi son qoyacağıq. Beynəlxalq hüquq məhz burada, Ukrayna torpaqlarında - Donbasda, Azov dənizində, Xerson vilayətində və Krımda qələbə çalacaq".

Zelenski xatırladıb ki, fevralın 26-da Ukrayna Krımın və Sevastopolun zəbtinə qarşı Müqavimət Gününü qeyd edir.

Milli.Az


Etiketlər:  Zelenski Krımın azad edilməsi


RƏYLƏR