Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 15:28
Son 5 ayda Rusiyanın Ukraynada İran istehsalı olan 650 "Şahed" PUA-sı məhv ediilib.
Sonxeber.net reporta istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qoşunlarının sözçüsü Yuri İqnat məlumat verib.
Onun sözlərinə görə, həmçinin eyni sayda raket vurulub: "Düşmən əlində qalan silahların azlığına görə taktikanı dəyişə bilər".
Y.İqnat bildirib ki, hazırda Rusiyada kifayət qədər S-300 raketləri var: "Doğrudur, onlar hədəfə çata bilmirlər. Amma düşməndə bu raketlərdən çoxdur. Ona görə də cəbhə bölgələri hücuma məruz qalır".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.