Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zenfira İbrahimovanın 15 minini oğurlayan şəxs saxlanıldı

Zenfira İbrahimovanın 15 minini oğurlayan şəxs saxlanıldı

Tarix: 28 Fevral 2023 16:40

Bakıda avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan işçi saxlanılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən oğurluq müğənni Zenfira İbrahimovanın həyat yoldaşının maşınında törədilmişdi. Belə ki, o, bir neçə gün əvvəl sosial media hesabında paylaşım edərək, həyat yoldaşı Anar Heydərovun maşınından kimliyi məlum olmayan şəxsin 15 min manat götürərək qaçdığını açıqlamışdı.

Milli.Az


Etiketlər:  Zenfira İbrahimovanın 15 minini oğurlayan şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ