Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Murad Dadaşova görə evimi satdım''

''Murad Dadaşova görə evimi satdım''

Tarix: 1 Mart 2023 17:45

"2017-ci ildən "Xəzər TV"də çalışdım. 2020-ci ildə müdriyyət dəyişdi və Murad Dadaşov gəldi. Danışırdı ki, işlərini bəyənirəm. İki müqavilə bağlamışdıq: dram və komediya serialı. Komediya serialını estetik çəkmək istəyirdim. Həmişə deyilirdi ki, niyə düşündürücü yox, yüngül zarafatlar çəkirsiniz? Bu, onlara cavab idi. Sonluğu tərbiyəli cümlələrlə bitirdim. Rusiyanın "Kuxnya" serialından götürmüşdüm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor, rejissor Ramin Hacıyev yutubda "Birinci TV"də qonaq olarkən deyib. O, Xəzər Media Mərkəzinin rəhbəri, Xalq artisti Murad Dadaşovla aralarında yaşanan qalmaqaldan danışıb. O bildirib ki, Dadaşov ona serial sifarişi verib və sonra almaqdan imtina edib:

"Bir bölüm çəkdim, çox bəyəndi. Dedi, bir-iki nələrisə, aktyorları dəyiş. Sonra yenə dəyişiklik istədi. Kanalın baş prodüseri Toğrul Məmmədov da nəyisə dəyişməyimi istədi, əlavələr tələb etdi. 10 aktyordan 3 nəfər qaldı, 7-si dəyişildi. Bahalı serial alındı. Günü 400 manata olan maşın kirayə götürmüşdüm. Üstünə də bir 10 bölüm çəkdim. Sonra dedi ki, götürmürəm, bir çox bəhanələr gətirdi: pulum yoxdur, aktyorlar zəifdir, geyim o deyil... Onun dediyi aktyorları seçmişdim. Hər şey bəhanə edəndən sonra dedi, almıram. Ondan sonra səhhətim, reputasiyam döndü. Qırıq məqam oldu orada. Hələ 32 bölüm sifariş olunmuşdu. Hər bölümə 1500 manat verirdi".

Ramin əlavə edib ki, bu iş üçün evini satıb:

"Bu işə canla-başla evimi satıb, pul qoydum. İşi batırmaq olar, amma məni qırdı. Ortada sifariş və müqavilə var. Əslində elə məqam idi ki, istədim mübahisə edəm, şişirdəm. 50 min pul, işimi, səhhətimi itirdim. Sən demə, yanımda yaxşı dostlarım var idi. Elməddin Cəfərov dəstək oldu. Xəstəxanaya belə düşdüm, amma yenə də Murad Dadaşov serialı götürmədi. Münasibətimiz əvvəl yaxşı idi, çəkdiyim bayağı da deyildi. Müharibə vaxtı idi, heç kim o hayda deyildi. Səsimi çıxartmadım, düşündüm ki, nə vaxtsa, qarşılaşarıq, danışarıq. Mövzu bağlandı... Onda-bundan pul aldım. Bir il işləmədim. Pandemiya idi, iş yox idi. Ailəmi dolandırmağa, borc qaytarmağa dostlar yardım etdi. Heç kim demədi ki, qaytar. İndiyənə kimi birini də qaytarmamışam". 


Etiketlər:  Murad Dadaşova görə evimi satdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ